“Real” azarkeşlərinə şad xəbər: qayıdır
11 fevral 2020 12:25 (UTC +04:00)

“Real” azarkeşlərinə şad xəbər: qayıdır

 

Madrid “Real”ının futbolçusu Eden Azar yaşıl meydanlara qayıtmağa tam hazırdır. 

Lent.az-ın “Marca”ya istinadən məlumatına görə, belçikalı yarımmüdafiəçi komandasına bu həftə kömək edə bilər.

Azarın fevralın 16-da “Selta” ilə çempionat oyununda iştirakı gözlənir. Ötən ilin noyabr ayında zədələnən və o vaxtdan meydana çıxmayan təcrübəli futbolçunun tam olaraq hazır olduğu bildirilir. “Real”ın baş məşqçisi Zinəddin Zidanın əsas heyətdə olmasa belə, matçın gedişində Azara şans verəcəyi ehtimal olunur.

Qeyd edək ki, “Real”a ötən ilin yanında keçən Eden Azar “kral klubu”nda bu vaxta qədər 13 oyun keçirib və 1 qol vurub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2365

Oxşar yazılar